Daha 3 əsgərimiz şəhid olub

Mardin vilayǝtinin Nusaybin qǝsǝbǝsindǝ davam edən əməliyyatda daha 3 əsgər şəhid olub.

481646
Daha 3 əsgərimiz şəhid olub

Hadisǝ, Türk Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat əsnasında, terror tǝşkilatı PKK mǝnsubu quldurlar tǝrǝfindǝn yola yerlǝşdirilmiş partlayıcıların partladılması nǝticǝsindǝ baş verib.  

Digər tərəfdən, vətəndaş müharibəsinin davam etdiyi Suriyadan atılan raket mǝrmisinin bir avtoparka düşmǝsi nǝticǝsindǝ ǝtrafdakı binalara vǝ çox sayda avtomobilǝ ziyan dǝyib. İki nǝfǝr yaralanıb. Yaralılar Kilis Dövlət Xəstəxanasında yerlǝşdirilib.



Әlaqәli Xәbәrlәr