Nusaybindә 1 әsgәr şәhid olub

Terror tәşkilatı PKK-ya qarşı әmәliyyatlar qәtiyyәtlә davam edir.

481375
Nusaybindә  1 әsgәr şәhid olub

Türkiyәnin  Mardin  şәhәrinin   Nusaybin rayonunda terror təşkilatı PKK-nın tәşkil etdiyi  hücum nәticәsindә  1 əsgər şəhid olub, 2 polis  әmәkdaşı  da yaralanıb.

 Nusaybindә    xәndәklәrin örtülmәsi, barrikadaların götürülməsi və PKK-lı terrorçuların zərərsizləşdirilməsi məqsədilə hәyata keçirilәn  əməliyyatlar davam edir.

Әmәliyyatlar  çәrçivәsindә   bu səhər küçəyə   yerlәşdirilәn   bombaların  әsgәrlәr tәrәfindәn zәrәrsizlәşdirilmәsi  zamanı   PKK-lı  terrorçular  tәhlükәsizlik qüvvәlәrinә hücum tәşkil edib.

Hadisә nәticәsindә   bir әsgәr  ilә  iki polis әmәkdaşı  yaralanıb.

Yaralanan  təhlükəsizlik əməkdaşları  Nusaybin Dövlət Xəstəxanasına aparılıblar. Terrorçular cavab atәşi  ilә susdurulub.

Rayonda isә  әmәliyyatlar davam edir.

 Bu arada  Türk Silahlı Qüvvələrinin  ölkә daxilindә vә xaricindә  terror tәşkilatına  qarşı hәyata keçirdiyi  hava hərəkatında    separatçı terror təşkilatı PKK-ya  aid   hədəflər  vurulub.

 Baş Qərargah mənbələrindən verilən məlumata görə Türk döyüş təyyarələri İraqın şimalındakı Kandil,  Hakkurk və Avaşin bölgəsinə hava hərəkatı təşkil edib.

 Әmәliyyat nәticәsindә terror təşkilatı PKK-ya məxsus sığınacaqlar   mәhv edilib.

 Qeyd edәk ki, Şırnakın  Güneyçam  kәndinә   dә hava hәrәkatı tәşkil edilib nәticәdә  terror tәşkilatı PKK-ya aid hәdәflәr mәhv edilib.



Әlaqәli Xәbәrlәr