Suriyadan atılan 2 raket mərmisi Kilis şǝhǝrindǝ boş əraziyə düşüb

Vətəndaş müharibəsinin davam etdiyi Suriyadan atılan 2 raket mərmisi Türkiyǝnin Kilis şǝhǝrindǝ boş əraziyə düşüb.

480793
Suriyadan atılan 2 raket mərmisi Kilis şǝhǝrindǝ boş əraziyə düşüb

Vətəndaş müharibəsinin davam etdiyi Suriyadan atılan 2 raket mərmisi Türkiyǝnin Kilis şǝhǝrindǝ boş əraziyə düşüb.

 Mərmilərindən birinin Öncüpınar məhəlləsindəki əkin tarlasına, digərinin isə zeytun bağına düşdüyü bildirilib.

 Jandarm dəstələri hadisǝ nǝticǝsindǝ ölən ya da yaralananın olmadığını, sadǝcǝ bir evdǝ yüngül xǝsarǝt baş verdiyini bildirǝrǝk, hadisədǝn sonra ətrafda təhlükəsizlik tədbirləri görüb.

Ötǝn gün də Suriyanın terror təşkilatı DEAŞ-ın nǝzarǝtindǝki Cerablus şəhərindən Qaziantepin Karkamış qǝsǝbǝsi sərhəd xəttinə minaatanlardan 5 mǝrmi düşmüşdü.

 Mǝrmilǝrdǝn üçü boş əraziyə düşmüş, sərhəd məntəqəsi yaxınlığına düşən mərmilərdən biri də sərhəd xəttində “Fırtına obüsü”nü hǝdǝf almışdı.

 Hadisədən sonra DEAŞ mövqeləri “Fırtına obüsü”lǝri ilǝ top atǝşinǝ tutulmuşdu.



Әlaqәli Xәbәrlәr