Dövlət başçısı R.T. Ərdoğan Türkiyə-Xorvatiya Biznes Forumunda iştirak edib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin  regional mövqeləri və iqtisadiyyatları etibarilə ortaq gələcək planlaşdırdıqlarını bildirib.

479370
Dövlət başçısı R.T. Ərdoğan Türkiyə-Xorvatiya Biznes Forumunda iştirak edib

Xorvatiya səfəri çərçivəsində keçirilən Türkiyə- Xorvatiya Biznes Forumunda  çıxış edən Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin  regional mövqeləri və iqtisadiyyatları etibarilə ortaq gələcək planlaşdırdıqlarını bildirib.

2008-ci il böhranının Xorvatiyaya təsirlərini xatırladan R.T. Ərdoğan Türkiyənin 2001-ci il böhranı zamanı yaşadıqlarından nümunələr gətirib.

Dünyada hər ölkənin zaman-zaman bəzi enmələr, yüksəlişlər yaşadığını, problemlərlə qarşı-qarşıya qala biləcəyini vurğulayan Dövlət başçısı 2002-ci ildən sonra ölkə iqtisadiyyatındakı ciddi sıçrayışı Türkiyə tarixində görünməmiş yüksəliş kimi qiymətləndirib.

"Pul sanki civə kimidir, uyğun zəmin haradasa pul da oraya doğru qaçar, biz siyasətçilərin üzərinə düşən də bu uyğun zəmini hazırlamaqdır" deyə dövlət başçısı bildirib. 



Әlaqәli Xәbәrlәr