PKK-ya qarşı əməliyyatlar davam edir

Mardinin Nusaybin qəsəbəsində əl istehsalı olan bombanın partlaması nəticəsində bir əsgər şəhid olub, 6-sı yaralanıb.

478044
PKK-ya qarşı əməliyyatlar davam edir

Mardinin Nusaybin qəsəbəsində əl istehsalı olan bombanın partlaması nəticəsində bir əsgər şəhid olub, 6-sı yaralanıb.

Partlayış əməliyyatların davam etdiyi PKK terrorçularının sığındıqları binada axtarış apararkən baş verib.

Terror təşkilatı PKK-ya qarşı "bahar təmizliyi" adı altında şərq və cənub-şərqi Anadolu bölgəsində də əməliyyatlar davam edir.

Əməliyyatlarda Diyarbəkirin Lice qəsəbəsində 6,  Mardin Nusaybin qəsəbəsində  5, Şırnakda 4 terrorçu zərərsizləşdirilib, 1 terrorçu təhlükəsizlik qüvvələrərinə  təslim olub.

Qarsın Kağızman qəsəbəsində aparılan axtarışlar nəticəsində də 5 terrorist zərərsizləşdirilib.

Şırnakın Uludərə qəsəbəsinin Kürə Təpə bölgəsində isə əməliyyatlar zamanı PKK-li terroristlər sığınacaqlarını tərk etmək məcburiyyətində qalıblar.

Bu arada, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Con Kirbi ölkəsinin terror təşkilatı PKK ilə əlaqəsi olmadığını söyləyib. Jurnalistlərin suallarını cavablandırarkən terror təşkilatı PKK ilə Amerika Birləşmiş Ştatları arasında birbaşa əlaqə olduğuna dair iddiaları təkzib edərək bildirib ki, onlar terror təşkilatıdır və  PKK liderləri ilə əlaqələrimiz yoxdur. 

 



Әlaqәli Xәbәrlәr