Türkiyənin Kilis şəhərinə raket atıldı
Dünən axşam Suriyadan atılan 2 raket mərmisinin Türkiyənin Kilis şəhərinə düşməsi nəticəsində 2 nəfər həyatını itirdi, 4 nəfər yaralandı.
476415

Mərmilərdən biri köhnə sənaye səmtindəki bir iş yerinin önünə düşdü.
Ətrafa saçılan qəlpələr iş yerlərinə ziyan vurdu.
Digər bir raket mərmisi isə boş sahəyə düşdü..
Türkiyə sərhəd təhlükəsizlik qüvvələri döyüş qaydalarına əsaslanaraq cavab atəşi açdılar.
Qeyd edək ki, Kilisə dünən günorta saatlarında da minomyot mərmisi düşüb, hadisədə ölən ya da yaralanan olmayıb.
Baş verən hadisələr səbəbindən şəhərdə sərbəst toplaşma və nümayişlər 30 gün müddətinə qadağan olundu.
Әlaqәli Xәbәrlәr

"Yeni və vətəndaş konstitusiyasını müzakirəyə açırıq", R.T.Ərdoğan
Kabinet yığıncağından sonra açıqlamalar verən R.T.Ərdoğan bildirib...