Türkiyənin dövlət adamları xalqı "23 Aprel Bayramı" münasibətilə təbrik etdilər

Türkiyə prezidenti və dövlətin vəzifəli şəxslərindən 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbriklər gəldi.

476435
Türkiyənin dövlət adamları xalqı "23 Aprel Bayramı" münasibətilə təbrik etdilər

Türkiyə prezidenti və dövlətin vəzifəli şəxslərindən 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbriklər gəldi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan öz təbrikində: "Biz uşaqlarımıza güvənirik, gənclərimizdən gözləntilərimiz çox böyükdür"dedi.

23 Aprelin demokratiyanın, milli iradənin və suverenliyin ən bariz göstəricisi olduğunu qeyd edən prezident gənclərin Türkiyəni inkişaf etdirəcəyinə , onların dinamizmi, zəkaları vasitəsilə 2023 və 2071-ci il hədəflərinə nail olunacağına əminliyini ifadə etdi.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman da bayram təbrikində: "Milli iradənin əks olunduğu yer olan Türkiyə Böyük Millət Məclisi çoxəsrlik dövlət təcrübəsinə əsaslanaraq fəaliyyət göstərdiyi 96 illik zamanda hər bir məsələnin həllində yetərli təcrübəyə malik olduğunu ispat etmişdir"dedi.

"23 Aprel eyni zamanda uşaqlarımızın bayramıdır" deyən Məclis sədri təbrikinə: "Sabahlarımız mənəvi keyfiyyətlərlə və milli ideallarla silahlanmış bu günün uşaqlarının çiyinlərində qurulacaqdır" cümləsi ilə davam etdi.

Baş nazir Əhməd Davudoğlu isə: "Tariximizin dönüş nöqtəsi" olaraq adlandırdığı 23 Aprel üçün: "Ölkə daxilində problemlərini həll etmiş, xaricdə nüfuzunu gücləndirmiş güclü bir ölkə olma qayəsi ilə mədəniyyət yolumuza davam edirik. Bütün məqsədimiz uşaqlarımız üçün daha gözəl, daha firavan bir ölkə yaratmaqdır" dedi.

Uşaqları "ölkəmizin bu günü, gələcəyi və yeganə ümidi" adlandıran Baş nazir onlara inandığını bildirdi.



Әlaqәli Xәbәrlәr