Suriyadan odlanan 2 raket mərmisi Türkiyə sərhədinə düşüb

Dünən axşam Suriyadan odlanan 2 raket mərmisinin Türkiyənin Kilis rayonuna düşməsi nəticəsində 3 adam həyatını itirib, 3 nəfər yaralanıb

476704
Suriyadan odlanan 2 raket mərmisi Türkiyə sərhədinə düşüb
Güllələrdən biri Köhnə Sənaye şəhərciyindəki bir iş yerinin önünə düşüb. Ətrafa saçılan mərmi parçaları iş yerlərini ziyana uğradıb. Digər raket gülləsi isə boş sahəyə düşüb. Sərhəddəki təhlükəsizlik qüvvələri güllələrin gəldiyi istiqamətə cavab atəşi açıblar. Kilisə dünən də günorta saatlarında 2 raket mərmi gülləsi düşmüş, amma hadisədə ölən və yaralanan olmamışdı. Yaşanan bu hadisələrə görə təhlükəsizlik naminə yığıncaq və tədbirlərin keçirilməsi 30 gün müddətinə təxirə salınıb.


Әlaqәli Xәbәrlәr