Ə. Davudoğlu: “Son terroristi təmizləyənə qədər mübarizə davam etdiriləcək”

Baş nazir Əhməd Davudoğlu Strasburq səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib.

474960
Ə. Davudoğlu: “Son terroristi təmizləyənə qədər mübarizə davam etdiriləcək”

Yeni konstitusiya məsələləri, terrorla mübarizə, Avropa İttifaqına sərbəst viza və digər mövzularda açıqlamalar verən Baş nazir həll prosesi ilə əlaqədar sualı cavablandırarkən bildirib ki, tək bir terrorist belə qalmayana qədər terrorla mübarizənin davam etdirəcəyik. Terrora dəstək verən dairələrin hökumətin terrorla mübarizədəki güc və iradəsini anlaya bilmədiklərini vurğulayan Ə. Davudoğlu, "Onlar səhvlərini indi başa düşürlər, “xəndək siyasəti səhvdir" deyirlər. Halbuki biz bunu onlara əvvəldən izah etmişdik.

Yeni Konstitusiya prosesi ilə bağlı suala cavab verən Baş nazir proseslə əlaqədar nümayiş etdirəcəkləri iradədən kimsənin şübhəsi olmamasını deyib.

Avropa İttifaqına sərbəst viza məsələsinə gəlincə Ə. Davudoğlu bunları söyləyib:

Ümid edirik ki, iyun ayında viza sərbəstliyi təmin olunacaq. Viza azad olmazsa bundan yalnız Türkiyə deyil, hər kəs itirər. Onlar azad vizanı, biz isə geri qaytarılma planını tətbiq etməliyik". Baş nazir belə deyib.



Әlaqәli Xәbәrlәr