“Cəhənnəm dərəsi” Kanyonu turistlər üçün cazibədar görkəmə salınacaq

Dünyanın ən yüksək ikinci kanyonunun olduğu Artvinin Ardanuç qəsəbəsindəki “Cəhənnəm dərəsi” Kanyonu turistlər üçün cazibədar görkəmə salınacaq.

472965
“Cəhənnəm dərəsi” Kanyonu turistlər üçün cazibədar görkəmə salınacaq

Artvin valisi Kamal Cirit "turizm həftəsi" çərçivəsində başçılıq etdiyi nümayəndə heyəti ilə birgə adıçəkilən kanyonu gəzib. Cirit jurnalistlərə müsahibəsində “Cəhənnəm dərəsi" kanyonunun alternativ turizmə əhəmiyyətli təsirindən danışıb. Bildirib ki, möhtəşəm təbii gözəlliyi olan kanyonun tanıdılması turistlərin bölgəyə cəlb olunmasına və Artvin turizminin inkişafına böyük töhfələr verəcək. Vali bölgəyə turistlərin cəlb olunması işində müfaviq qurumların köməyindən istifadə olunacağını söyləyib. Kanyonun girişindən son nöqtəsinə qədər olan yol boyunca qayaların üzərinə taxta nərdivanlar yerləşdirilib. Yaxın vaxtlarda isə kanyonun işıqlandırılması layihəsinin həyata keçirilməsi planlaşdırılır.

“Turizm həftəsi" çərçivəsində fəaliyyətlərini şəhərin müxtəlif ərazilərində də təşkil edəcəklərini bildirən Artvin valisi K. Cirit yeni turizm mövsümündən gözləntilərinin yüksək olduğunu, bölgəni dəniz, qum və günəş turizmi ilə yanaşı alternativ turizm sahələrində də inkişaf etdirəcəklərini vurğulayıb



Әlaqәli Xәbәrlәr