Ömər Çelik : "Avropa Parlamentinin Türkiyə hesabatı ideoloji bəyanatdır"

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Avropa Parlamentinin İrəliləyiş hesabatı ilə əlaqədar açıqlama verdi.

472007
Ömər Çelik : "Avropa Parlamentinin Türkiyə hesabatı ideoloji bəyanatdır"

Ömər Çelik hesabatın real informasiyaya əsaslanmadığını bildirərək: "Bizim üçün hesabat sağlam, rasional, real məlumatlara əsaslanan obyektiv bir hesabat olmadığı üçün onu qəbul etməmək ən doğru qərardır" dedi.

Çelik: "Hesbatda Türkiyə Avropa İttifaqı münasibətlərini təşviqedici deyil, bu münasibətlərə əngəltörədici bir yanaşma vardır" dedi.

Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri və başməruzəçi Volkan Bozkır da daha əvvəl verdiyi açıqlamada "ortada hesabat yoxdur" demişdi.

Ömər Çeliyin gündəmində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən alman satiristi ilə əlaqədar istintaq işi də vardı.

O: "Bu istintaqa icazə verilməsini məmnuniyyətlə qarşılayırıq. Bunun doğru bir addım olduğunu düşünürük. Əks təqdirdə, bir məsuliyyətsiz şəxsin davranışı üzündən bu fakt Almaniya dövləti üçün bir ləkə olaraq qalacaqdı" dedi.



Әlaqәli Xәbәrlәr