Mardin və Şırnak terrorçulara qarşı əməliyyatda yenə şəhid verdi

PKK terrorçularıyla qarşıdurmalarda 4 əsgər, 1 polis şəhid olub, 2 əsgər, 6 polis isə yaralanıb

471909
Mardin və Şırnak terrorçulara qarşı əməliyyatda yenə şəhid verdi

Türkiyənin Mardin və Şırnak rayonlarında PKK terrorçularıyla qarşıdurmalarda 4 əsgər, 1 polis şəhid olub, 2 əsgər, 6 polis isə yaralanıb. Yaralılar təcili yardım maşınlarıyla Şırnak xəstəxanalarına aparılıb.

Mardinin Savur qəsəbəsində hərbi maşın keçərkən yola döşənmiş minanın partladılması nəticəsində 4 əsgər şəhid olub, 2-si yaralanıb.

Təhlükəsizlik qüvvələri bölgədə geniş hərbi əməliyyat tədbirlərinı başlayıb.

Şırnakda da PKK-lı terrorçulara qarşı əməliyyatda 1 polis məmuru şəhid olub, 6 polis yaralanıb.



Әlaqәli Xәbәrlәr