"Türkiyə terrora qarşı Cümhuriyyət tarixinin ən qǝtiyyǝtli mübarizəsini aparır",Ə.Davudoğlu

Baş nazir Əhməd Davudoğlu Türkiyənin terrora qarşı Cümhuriyyət tarixinin ən qǝtiyyǝtli mübarizəsini apardığını bildirib.

471632
"Türkiyə terrora qarşı Cümhuriyyət tarixinin ən qǝtiyyǝtli mübarizəsini aparır",Ə.Davudoğlu

Baş nazir Əhməd Davudoğlu Türkiyənin terrora qarşı Cümhuriyyət tarixinin ən qǝtiyyǝtli mübarizəsini apardığını bildirib.

Davudoğlu Kocaeli şǝhǝrindǝ Ədalət və İnkişaf Partiyasının bir tǝdbirindǝ çıxış edǝrǝk deyib ki, terrorla mübarizǝ qǝtiyyǝtli şǝkildǝ davam edǝcǝkdir. Bu ölkənin şəhərləri, rayonları, kəndləri, düzǝnləri, dağları, terrorçulardan tamamilǝ təmizlǝnǝdǝk mübarizəmiz qətiyyǝtli şǝkildǝ davam edəcək. İmtina etmǝdǝn terrora dǝstǝk verǝnlǝr də mǝhkǝmǝ qarşısına çıxaraq, hesab verəcəkdir.

Əməliyyatlar qarşısında artıq sona çatma mərhələsinə gələn təşkilat və ona dǝstǝk verǝnlǝrin, problemlǝ üzlǝşdiklǝri hǝr zaman özlərinə manevr sahǝsi yaradacaq yeni oyunlara üz tutduqlarını qeyd edǝn Davudoğlu bildirib ki, DAEŞ və PKK kimi əli qanlı terror təşkilatlarının hədəfində yer alan Türkiyə dünyaya terrorla mübarizənin necə aparılacağını də göstərir. Apardığımız fəal və qətiyyətli mübarizə qarşısında terror təşkilatının qarşı-qarşıya qaldığı vəziyyət ortadadır.

Terrora dəstək verən millət vəkillǝrinin toxunulmazlıq pǝrdǝsi arxasına gizlənmələrinə son qoyulmasının vacibliyini də qeyd edən Baş nazir Əhməd Davudoğlu Mǝclisin ümumi iclasında millət vəkillərinə bu mübahisəyə son nöqtəni qoymaq üçün müraciət edib.



Әlaqәli Xәbәrlәr