"Səyyar Türk Qəhvəsi" layihəsi Kanadada

"Turkish Coffe Truck- Səyyar Türk Qəhvəsi" layihəsi ilə Amerika və Avropanı gəzən Türk qəhvəsi indi də kanadalılara təqdim olundu.

470860
"Səyyar Türk Qəhvəsi" layihəsi Kanadada

Özlərini "Türk qəhvəsini sevənlər" adlandıran könüllülər tərəfindən hazırlanan "Səyyar Türk Qəhvəsi" yük maşını Kanadanın paytaxtı Torontoda Türk qəhvəsini və Türk qəhvə mədəniyyətini tanıtdı.

Layihənin Direktoru Gizem Şalcıgil White​ getdikləri bütün ölkələrdə olduğu kimi Kanadada da böyük maraqla qarşılandıqlarını, dostluq və mədəniyyət diplomatiyası layihələrini uzun müddətli dünya turuna çevirmək istədiklərini dedi.

White Kanadadan əvvəl, Amerika Birləşmiş Ştatlarının 5 şəhərində və Hollandiya, Belçika və Fransada Türk qəhvəsini tanıdan turlar təşkil etdiklərini xatırladaraq: " Məqsədimiz qəhvənin Türklərə xas bir marka yaratdığını vurğulamaqdır" dedi.

Toronto Türk Mədəniyyət Müşavirliyinin köməyi ilə kanadalılara Türk qəhvəsini təqdim etdiklərini bildirən White, bunları qeyd etdi :"Kanadalılara qəhvə ziyafəti yaşatdıq. Qəhvə ilə bərabər xüsusi hazırlanan Türk lokumlarını payladıq, könüllülər gələnlərə Türkiyəni tanıdan bukletlər verdilər".

Layihənin baş sponsorluğunu üzərinə götürən şirkətin Mədəniyyət Müşaviri Dərya Şerbetçi Acar isə kanadalıların Türk qəhvəsini çox bəyəndiyini və Türkiyəyə marağın artdığını dedi.

Acar məqsədlərinin UNESCO​-nun Mədəni İrslər siyahısında yer alan Türk qəhvəsi mədəniyyətini Kanadanın digər şəhərlərində də tanıtmaq olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr