Dövlǝt Başçısı Rǝcǝb Tayyib Әrdoğanın vǝkili bütün hüquq yollarına müraciǝt edǝcǝklǝrini bildirib

Almaniyanın ikinci telekanalında təhqiredici şeir oxuduğuna görǝ Jan Böhmermann mǝhkǝmǝyǝ verǝn Dövlǝt Başçısı Rǝcǝb Tayyib Әrdoğanın vǝkili bütün hüquq yollarına müraciǝt edǝcǝklǝrini bildirib.

470386
Dövlǝt Başçısı Rǝcǝb Tayyib Әrdoğanın vǝkili bütün hüquq yollarına müraciǝt edǝcǝklǝrini bildirib

Almaniyanın ikinci telekanalında təhqiredici şeir oxuduğuna görǝ Jan Böhmermann mǝhkǝmǝyǝ verǝn Dövlǝt Başçısı Rǝcǝb Tayyib Әrdoğanın vǝkili bütün hüquq yollarına müraciǝt edǝcǝklǝrini bildirib.

Vǝkil Hubertus von Sprenger Almaniyanın ikinci telekanalı (ZDF) ana xǝbǝr bülletenindǝ deyib ki, bir mǝsǝlǝdǝ mǝhkǝmǝyǝ müraciǝt edirǝmsǝ qazanmasını da bilirǝm. Bunun üçün hǝr yola ǝl atacağam. Dövlǝt başçısı müvafiq şǝxsin mühakimǝ edilmǝsini , hǝmçinin bir daha heç vaxt bu cür hadisǝnin mülki hüquq baxımından təkrar ǝtməməsini istəyir.

Böhmermann isǝ bu hǝftǝ proqramını lǝğv etdiyini açıqlayıb. Böhmermann vǝ birlikdǝ işlǝdiyi firma bu qǝrara gǝlinmǝsinǝ amil kimi bildirib ki, mövzuyla ǝlaqǝli olaraq xeyli sayda xǝbǝr yazıldı vǝ proqramla Böhmermannın diqqǝt mǝrkǝzindǝ olması ictimai tǝzyiqǝ sǝbǝb oldu.

Böhmermann haqqında proqramında oxuduğu şeir sǝbǝbindǝn Almaniyanın cinayǝt hüququnda yer tutan qanundakı iki ayrı maddǝdǝn istintaq davam etdirilir.

103-cü maddǝdǝ olan “xarici dövlǝt xadimlǝrinǝ hǝqarǝt" günahına görǝ mǝhkǝmǝyǝ müraciǝt edilǝ bilmǝsi üçün Almaniya hökumǝtinin icazǝsinǝ ehtiyac var.

Dövlǝt başçısı Әrdoğan isǝ “tǝhqir" günahını nizamlayan 185-ci maddǝyǝ görǝ mǝhkǝmǝyǝ müraciǝt etmişdi.

İki istintaq da ZDF telekanalının mǝrkǝzinin yerlǝşdiyi Mainz şǝhǝrindǝki prokurorluq tǝrǝfindǝn davam etdirilir.

Digǝr tǝrǝfdǝn Alman Sosial Demokrat Partiyası konstitusiyanın “xarici dövlǝt xadimlǝrinǝ hǝqarǝti" nizamlayan 103-cü maddǝnin lǝğvini istǝyib.

Partiyanın Mǝclis qrupundakı sǝdri Thomas Oppermann “köhnǝlmiş vǝ zamanla ayaqlaşmayan" maddǝ kimi dǝyǝrlǝndirdiyi bu maddǝnin konstitusiyadan çıxarılmasının vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr