İ. Kalın gündəmlə bağlı açıqlamalar verib

İbrahim Kalın Jan Böhmermann haqqında açılan istintaqı yaxından təqib edəcəklərini söyləyib.

468891
İ. Kalın gündəmlə bağlı açıqlamalar verib

Dövlə​t başçısının sözçüsü İbrahim Kalın alman televiziyasında Ərdoğanı hədəfə alan təhqir xarakterli yumoristik proqram hazırlayan Jan Böhmermann haqqında açılan istintaqı yaxından təqib edəcəklərini söyləyib.

Bunun alman hüquq- mühafizə orqanlarının icra edəcəyi bir proses olduğunu vurğulayan İbrahim Kalın, " bir ölkənin prezidentinə və bir xalqı hədəfə alaraq edilən bu cür təhqirlərin ifadə və mətbuat azadlığı ilə heç bir əlaqəsi yoxdur. Dünyanın hər yerində bu təhqirdir və günahdır "deyə bildirib.

İbrahim Kalın keçirdiyi mətbuat konfransında gündəmlə bağlı bəzi mələlərə aydınlıq gətirib.

Suriya məsələsi ilə bağlı İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlarda YPG / PYD kimi terror təşkilatlarına qarşı Türkiyənin mövqeyinin açıq və dəqiq olduğunu ifadə edən Kalın bunların Suriya rejimi və separatçı terror təşkilatı PKK ilə əməkdaşlıq etdiklərinin vurğulayıb.

Rusiyanın Suriyanın Hələb şəhərindəki əməliyyatlara dəstək verdiyini də xatırladan İbrahim Kalın rəsmi Moskvanı tənqid edərək, "bir tərəfdən “qarşıdurmalar dayansın" deyə bütün beynəlxalq ictimaiyyətlə razılaşma əldə olunacaq, bir tərəfdən də Hələbdə, İdlib, digər ərazilərdə “DEAŞ" qarşı mübarizə aparırıq" bəhanəsi ilə əməliyyatları davam etdirəcəksiniz" deyə bildirib.

Sözçü Türkiyənin Hələbdən gələ biləcək yeni qaçqın dalğası ilə əlaqədar narahatlıqlarını da dilə gətirib.

İsraillə davam edən danışıqlara bağlı suala cavab verən İ. Kalın, "Müzakirələr davam edir. Türkiyənin mövqeyi bəllidir. Hələ konkret bir razılığa gəlinməyib. Qəzzada normal həyat şəraitinin təmin edilməsində israrlıyıq. 49 illik Fələstin işğalının sona çatması lazımdır " deyə ifadə edib.



Әlaqәli Xәbәrlәr