Osmanlı İmperatoru Sultan 2-ci Əbdülhəmidin həyata keçirə bilmədiyi layihələr

1876 - 1909-cu illər arasında hakimiyyətdə olan Osmanlı İmperatoru Sultan 2-ci Əbdülhəmidin nəvəsi Orxan Osmanoğlu babasının Mosul və Kərkükdə neft çıxarmaq istədiyi üçün dövrün İngilis rəhbərliyi tərəfindən istənmilmədiyini söylədi.

466581
Osmanlı İmperatoru Sultan 2-ci Əbdülhəmidin həyata keçirə bilmədiyi layihələr

Orxan Osmanoğlu Türkiyənin TRT 1 kanalında yayımlanan verilişin qonağı oldu.

Sultan 2-ci Əbdülhəmidin Mosul və Kərkükdə neft çıxarılması ilə bağlı layihəsinin olduğu barədə danışan Osmanoğlu neft yataqlarının xəritələrinin çəkildiyini dedi.

Adıyaman və Siirt kimi şəhərlərin də layihəyə daxil olduğunu bildirən Osmanoğlu: " İstanbulun Avropa və Anadolu yaxasını dəniz altında boru-keçidlə bir-birinə bağlayan dəmir yolu, Mərmərə və boğaz körpüsü layihələri kimi neft də ona məxsus bir layihə idi. Layihəni həyata keçirmək və neft çıxarmaq istəyirdi. İngilislərin Sultan Əbdülhəmidi istəməməsinin səbəbi də bu idi" deyə danışdı.

2-ci Əbdülhəmidin Qüdslə əlaqədar da bir layihəsinin olduğunu deyən Osmanoğlu: "Qüds Osmanlının himayəsi altında qalaraq fərqli dinlərə aid ibadətlərin edilə biləcəyi bir yer olacaqdı" dedi.



Әlaqәli Xәbәrlәr