ABŞ-lı idmancı Türkiyәni tәriflәdi

ABŞ-ın milli voleybol komandasının kapitanı vә Fәnәrbaxça komandasının oyuncusu Christa Harmotto Türkiyәnin müasir vә inkişaf etmiş ölkә olduğunu bildirib.

465903
ABŞ-lı idmancı Türkiyәni tәriflәdi

''Fәnәrbaxça'' qadın voleybol klubunun oyunçusu ABŞ-da Türkiyә ilә bağlı yazılan xәbәrlәrin hәqiqәti әks etdirmәdiyini vә yalan olduğunu söylәyib.

''Fotomaç'' qәzetinә müsahibә verәn 29 yaşlı idmancı: ''İnsanlar Amerikada sadәcә CNN-in xәbәrlәrindә tanıdılan Türkiyәni görür. Bu yaxınlarda anam vә hәyat yoldaşım Türkiyәyә gәlmişdilәr. Türkiyәyә gәldikdәn sonra onların Türkiyә ilә bağlı fikirlәri dәyişib. Televiziyada gördüyümüz hәr şey hәqiqәti әks etdirmir'' deyib.



Әlaqәli Xәbәrlәr