"Terrorla mübarizǝ son tǝhdid ortadan qaldırılanadǝk davam etdirilǝcǝk", R.T.Әrdoğan

Dövlǝt başçısı Rǝcǝbǝ Tayyib Әrdoğan terrorla mübarizǝnin son tǝhdid ortadan qaldırılanadǝk davam etdirilǝcǝyini bildirib.

464627
"Terrorla mübarizǝ son tǝhdid ortadan qaldırılanadǝk davam etdirilǝcǝk", R.T.Әrdoğan

Dövlǝt başçısı Rǝcǝbǝ Tayyib Әrdoğan terrorla mübarizǝnin son tǝhdid ortadan qaldırılanadǝk davam etdirilǝcǝyini bildirib.

Dövlǝt başçısı Türk Qırmızı Aypara Cǝmiyyǝtinin növbǝti ümumi iclasında çıxış edǝrǝk, terrorla mübarizǝnin ölkǝyǝ vǝ millǝtǝ yönǝldilmiş son silahlar susdurulana, son terrorçu mǝhv edilǝnǝ, son tǝhdid ortadan qaldırılanadǝk davam etdirilǝcǝyini deyib.

Terrorla mübarizǝdǝ dövlǝtin dǝ millǝtin dǝ tǝhlükǝsizlik qüvvǝlǝrinin yanında olacağını vurğulayan Dövlǝt başçısı tǝhlükǝsizlik qüvvǝlǝrini canları bahasına hǝyata keçirdiklǝri terrorla mübarizǝyǝ görǝ tǝnqid etmǝyǝ, tǝhkir vǝ tǝhdid etmǝyǝ cǝhd göstǝrǝnlǝrin qarşısında öncǝ özü, sonra da millǝtin dayanacağını ifadǝ edib.

Әrdoğan ǝxlaq, vicdan vǝ hüquq sǝrhǝdlǝri daxilindǝ mübarizǝ aparan hǝr bir tǝhlükǝsizlik qüvvǝsinin dǝ canından bir parça olduğunun hǝr kǝsin bilmǝsini istǝdiyini vurğulayıb.

“Terror tǝşkilatının liderlǝri vǝ onların nǝzarǝtindǝ addım atanlar, bǝzǝn müzakirǝ, görüş, hǝll yolu kimi sözlǝr dilǝ gǝtirirlǝr. Ortada müzakirǝ edilǝcǝk, görüş keçirilǝcǝk bir mövzu yoxdur. Bunu hǝr kǝs belǝ bilsin"-deyǝ Dövlǝt başçısı bildirib.



Әlaqәli Xәbәrlәr