Heç nәyә baxmayaraq, miqrantların axını davam edir

Türkiyə-Avropa İttifaqı arasında qaçqınlar ilә bağlı әldә olunan müqavilә hәyata keçirilәrkәn Türkiyə üzərindən Yunan adalarına qeyri-qanuni yollarla keçәn miqrantların sayı azalsa da davam edir.

465133
Heç nәyә baxmayaraq, miqrantların  axını davam edir

Yunanıstanın mәlumatına görә, ötәn gün 225 qaçqın Yunan adalarına keçib.

Әldә olunan mәlumata görә, qaçqınların 185-i Lesbos adasına, 20-i isә Sisami adasına keçib.

Qeyd edәk ki, Türkiyә ilә Avropa İttifaqı arasında әldә olunan müqavilәyә әsasәn ötәn gün Yunanıstan Türkiyәyә 202 miqrant geri göndәrilmişdi.

Nizamsız miqrasiya vә insan qaçaqçılığı ilә mübarizә mәqsәdilә Türkiyә ilә Avropa İttifaqı arasında martın 18-dә Brüsseldә razılıq әldә olunmuşdu.

Müqavilәyә әsasәn Türkiyә öz torpaqlarından Yunan adalarına keçәn miqrantları aprelin 4-dәn etibarәn geri qәbul edir.

Bunun əvəzində Avropa İttifaqı isә Türkiyəyə qayıdan hər bir Suriyalı qarşılığında Türkiyədən bir Suriyalı qaçqın alacaq.

Mәlumata әsasәn prosesi Avropa İttifaqı maliyyәlәşdirir.



Әlaqәli Xәbәrlәr