Türk Silahlı Qüvvələri terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirib
Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-ya ağır zərbələr vurmaqda davam edir.

Türk Silahlı Qüvvәlәrinin Baş Qәrarqahından verilәn açıqlamada, Mardinin Nusaybin rayonunda 7 , Şırnak mәrkәzdә isә 1 olmaqla 8 terrorçunun zәrәrsizlәşdirildiyi qeyd olunub.
Son әmәliyyatlarla bәrabәr Nusaybindә öldürülәn terrorçu sayı 344, Şırnakda isә 324-ә yüksәlib.
Әldә olunan mәlumata görә, әmәliyyatlar nәticәsindә çox sayda silah-sursat әlә keçirilib, böyük miqdarda partlayıcı qurğu mәhv edilib.
Digәr tәrәfdәn Şanlıurfada YPG-H üzvü 14 terrorçu saxlanılıb.
Bu arada Suriyadan Türkiyәyә qeyri-qanuni yollardan girmәyә cәhd göstәrәn 195 nәfәr yaxalanıb.
Baş Qәrargah Rәisliyinin internet sәhifәsindә gündәlik fәaliyyәt ilә axtarış-xilasetmәçalışmaları haqqında mәlumat yer tutub.
Buna görә dünәn Suriyadan Türkiyәyә qeyri-qanuni yollardan girmәyә cәhd göstәrәn 195 nәfәr yaxalanıb.
Ayrıca Türkiyәdәn 11 nәfәr Suriyaya, 21 nәfәr Yunanıstana vә 11 nәfәr dә Bolqarıstana qeyri-Qanuni yollardan keçmәk istәyәrkәn yaxalanıb.
Axtarış-xilasetmә fәaliyyәtlәri çәrçivәsindә Muğla vilayәtinin Bodrum qәsәbәsi Akyarlar bölgәsinin cәnubunda 16 qaçaq da rezin qayıq içindә әlә keçirilib.