Türkiyə liderinin ABŞ görüşləri

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda dünya liderlərinin bir araya gəldiyi Nüvə Təhlükəsizlik Zirvə Toplantısında ikitərəfli görüşlər keçirib

463041
Türkiyə liderinin ABŞ görüşləri

52 ölkə liderinin iştirak etdiyi Sammitdə Ərdoğan Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama, Polşa prezidenti Ancey Sebastian Duda və Fransa prezidenti Fransua Ollandla ayrı-ayrılıqda görüşüb, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Çin dövlət başçısı Şi Cin Pinq və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki Munla ayaqüstü söhbətlər edib.

Rəcəb Tayyib Ərdoğan daha sonra Amerika Birləşmiş Ştatlarının (ABŞ) Madlen Olbrayt, Əziz Sancar, Vilyam Kohen, Kolin Povell və Ceyms Cons kimi 25 taninmiş ictimai-siyasi nümayədəsi ilə təxminən 2 saat çəkən görüşdə olub.

Türkiyənin dövlət başçısına ölkənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu və Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak yoldaşlıq ediblər.



Әlaqәli Xәbәrlәr