Volkan Bozkır TRT Xəbərin suallarını cavablandırdı

Türkiyənin Avropa ittıfaqı İşləri üzrə naziri və Başməruzəçi Volkan Bozkır terror təşkilatı PKK-nın çadır açmasına Belçikanın göz yummasının yolverilməz olduğunu dedi.

461759
Volkan Bozkır TRT Xəbərin suallarını cavablandırdı

Rəsmi səfərlə getdiyi Sloveniyada görüşlərini davam etdirən Volkan Bozkır TRT Xəbərin suallarını cavablandırdı.

Terror təşkilatının Belçikanın paytaxtı Brüsseldə yenidən çadır qurmasına dair verilən suala Bozkır:" Bu qədər şəhidlər verdiyimiz Türkiyədə əmin-amanlığı pozmaq istəyən terror təşkilatıyla mübarizə davam edərkən, dostumuz deyə biləcəyimiz bir ölkənin paytaxtında belə bir mənzərəni həqiqətən qəbul etmək mümkün deyil" ifadələrini işlətdi.

Bozkır Türkiyə-Avropa İttyifaqı zirvəsində viza sərbəstliyi üçün nəzərdə tutulan prosesin idavam etdiyini, Türkiyənin yerinə yetirməli olduğu 72 gözləntidən 41-nin həyata keçirdiyini, digərlərinin də sürətlə yerinə yetirilməkdə olduğunu da vurğuladı.

Avropa İttifaqının Türkiyədən gözlədiyi aktların sürətlə yerinə yetirildiyini bildirən Volkan Bozkır Türkiyə vətəndaşlarına sərbəst viza rejiminin tətbiqi baxımından bu anda bir problem olmadığını söylədi.



Әlaqәli Xәbәrlәr