Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan ABŞ-a getdi

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan ABŞ prezidenti Barak Obamanın dǝvǝtinǝ görǝ Vaşinqtonda tǝşkil edilǝcǝk Beynəlxalq Nüvə Sammitinə qatılacağını söylǝyib.

460573
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan ABŞ-a getdi

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan ABŞ prezidenti Barak Obamanın dǝvǝtinǝ görǝ Vaşinqtonda tǝşkil edilǝcǝk Beynəlxalq Nüvə Sammitinə qatılacağını söylǝyib.

Әrdoğan bu ölkǝyǝ hǝrǝkǝtindǝn ǝvvǝl Atatürk hava limanında tǝşkil etdiyi mǝtbuat konfransında deyib, Türkiyǝ başda terrora qarşı mübarizǝ olmaqla hǝr sahǝdǝ sǝmimi vǝ geniş miqyaslı beynǝlxalq ǝmǝkdaşlıqdan tǝrǝfdir. Bu zirvǝdǝ dǝ xüsusilǝ Paris, Ankara, İstanbul, Brüssel vǝ Lahorda hǝyata keçirilǝn terror aktları qarşısında artıq terrorla mübarizǝdǝ sǝmimi ǝmǝkdaşlıq edilmǝsini vurğulacağıq.

Әrdoğan Vaşinqtonda olacağı müddǝtdǝ liderlǝrlǝ tǝkbǝtǝk görüşlǝr keçirǝcǝk, iş dünyası, akadǝmik, mǝtbuat vǝ ictimai rǝy liderlǝri ilǝ bir araya gǝlǝcǝk.

Dövlǝt başçısı ABŞ-na sǝfǝri çǝrçivǝsindǝ Türk-Amerika Mǝdǝniyyǝt Mǝrkǝzinin açılış mǝrasiminǝ dǝ qatılacaq.

İraqın Başika bölgǝsindǝ terror tǝşkilatı DEAŞ tǝrǝfindǝn bir ǝsgǝrin şǝhid edilmisinǝ dǝ toxunan Әrdoğan hadisǝdǝn dǝrhal sonra tǝşkilata ǝn ağır şǝkildǝ cavab verildiyini bildirib.

Dövlǝt başçısı Әrdoğan 31 mart-1 aprel tarixlǝri arasında Vaşinqtonda keçirilǝcǝk Beynəlxalq Nüvə Sammitinə​ qatılacaq.



Әlaqәli Xәbәrlәr