"Türkiyǝ hǝr zaman terrorla mübarizǝ üçün ǝmǝkdaşlıq etmǝyǝ hazır olduğunu bildirir", İ.Kalın

İbrahim Kalin: DAEŞ-a dǝstǝk olan ǝn önǝmli faktlardan biri Suriyadakı toqquşmaların davam etmǝsidir.

459897
"Türkiyǝ hǝr zaman terrorla mübarizǝ üçün ǝmǝkdaşlıq etmǝyǝ hazır olduğunu bildirir", İ.Kalın

Cümhurbaşqanlığı sözçüsü İbrahim Kalın Türkiyǝnin indiyǝdǝk 120-dǝn artıq ölkǝdǝn 37 minǝ yaxın adamın ölkǝyǝ girmǝsinǝ qadağa qoyduğunu, 3 mindǝn artıq adamın isǝ ölkǝdǝn çıxarıldığını bildirib.

İbrahim Kalın Cümhurbaşqanlığı kompleksindǝ tǝşkil etdiyi mǝtbuat konfransında gündǝmi dǝyǝrlǝndirǝrǝk deyib ki, dünyada hǝr platformada terrorla mübarizǝdǝ ǝmǝkdaşlıq etmǝyǝ hazır olduğumuzu bildiririk. DAEŞ-a dǝstǝk olan ǝn önǝmli faktlardan biri Suriyadakı toqquşmaların davam etmǝsidir. Bu ölkǝdǝ tǝqribǝn 5 ildir davam edǝn vǝtǝndaş müharibǝsi eyni hiylǝgǝrliklǝ günahsız insanları qǝtlǝ yetirmǝkdǝ davam edir. Suriyadakı müharibǝ davam etdiyi müddǝtdǝ terror tǝşkilatları özlǝrinǝ yer tapmaqda vǝ yayılmaqda davam edǝcǝklǝr. Yǝni Suriya problemi öz hǝllini tapmadığı müddǝtcǝ dǝqiq nǝticǝ ǝldǝ edilǝ bilmǝyǝcǝkdir.

Brüsseldǝ törǝdilǝn terror aktından sonra Müsǝlmanların ǝleyhinǝ olan duyğuların tǝhrik edilmǝsi, bundan siyasǝtdǝ vasitǝ kimi istifadǝ olunması vǝ islamafobiya ifadǝlǝrin dilǝ gǝtirilmǝsi kimi sǝhv addımların bir daha atıldığını vurğulayan İbrahim Kalın qeyd edib ki, belǝ ifadǝlǝr sadǝcǝ DAEŞ kimi, Әl-Qaidǝ kimi radikal terror tǝşkilatlarını güclǝndirǝcǝkdir, onlara dǝstǝk tǝmin edǝcǝkdir.

Pakistandakı terror hücumlarını ǝn sǝrt şǝkildǝ qınadığını ifadǝ edǝn İbrahim Kalın bildirib ki, müsǝlman, xristian, sünni ya da şiǝ olmasına vǝ yaxud hansı etnik, dini qrup, mǝzhǝbdǝn olmasına baxmayaraq günahsız insanların belǝ qǝtlǝ yetirilmǝsi ǝsla qǝbul edilǝ bilmǝz. Hǝmçinin bu din adından, islam adından hǝyata keçirilirsǝ, bunu hǝr kǝs yaxşı başa düşmǝlidir ki, bunun nǝ bizim dinimizdǝ nǝ inancımızda nǝ mǝdǝniyyǝtimizdǝ heç bir qarşılığı yoxdur. Bu, ancaq barbarlıq ola bilǝr, bundan başqa heç nǝ ola bilmǝz.



Әlaqәli Xәbәrlәr