Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına səfəri zamanı 25 böyük şirkətin yüksək səviyyəli liderləri ilə görüşdə bir milyard dollardan yuxarı sərmayə məsələsini müzakirə edəcək.

459175
Rəcəb Tayyib Ərdoğan  ABŞ-a səfər edəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına səfəri zamanı 25 böyük şirkətin yüksək səviyyəli liderləri ilə görüşdə bir milyard dollardan yuxarı sərmayə məsələsini müzakirə edəcək.

Baş Nazirlik İnvestisiya Dəstək və Təqdimat Agentliyi, Xarici İqtisadi Əlaqələr Şurası və Türkiyə-ABŞ İş Birliyi təşkilatının 29 Mart- 2 aprel tarixində ABŞ-da reallaşdıracağı toplantıda Ərdoğanla iş görüşmələri keçiriləcək.

Dövlət başçısının səfərində Amerikalı investorların Türkiyəyə marağının əhəmiyyətindən bəhs ediləcək.

Türkiyə beynəlxalq aləmdə son 13 ildir davam etdirdiyi davamlı və qətiyyətli siyasət nəticəsində investisiyaların artmasını təmin edib.

Ərdoğanın ABŞ-ın qabaqcıl şirkətlərinin başçıları ilə bir araya gələcəyi yığıncaqlarda, Türkiyənin beynəlxalq sərmayəçilərə verdiyi təminatdan bəhs ediləcək.

Qeyd edək ki, ABŞ firmaları, xüsusilə enerji, aviasiya, qida, informasiya, maliyyə, səhiyyə və maşınqayırma kimi layihələrdə Türkiyəli səhmdarlarla sıx təmasdadır.

Dövlət başçısı Ərdoğan, səfərində Nüvə Təhlükəsizlik Sammitində iştirak edəcək və bununla bağlı görüşlər keçirəcək.



Әlaqәli Xәbәrlәr