Hollandiyada müxalifət Dövlǝt başçısı Ərdoğanın açıqlamasına reaksiya göstǝrib

Müxalifət partiyaları Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü verdiyi açıqlamanın "müǝmmalı" hal olduğunu bildirib vǝ hökumət tərəfindən məlumatlandırılmaq istəyib.

457824
Hollandiyada müxalifət Dövlǝt başçısı Ərdoğanın açıqlamasına reaksiya göstǝrib

Martın 22-də özünü Brüssel metropoliteninin “Malbek" stansiyasında partladan İbrahim əl-Bakrauini Türkiyənin ötən il deportasiya etmǝsi və cinayǝtkarın istəyi ilə Hollandiyaya göndərdiyini açıqlaması Haaqa rəhbərliyini çətin vəziyyətdə qoyub.

“BBC Türkcǝ"dǝ yer tutan xəbərə görə, müxalifət partiyaları Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü verdiyi açıqlamanın "müǝmmalı" hal olduğunu bildirib vǝ hökumət tərəfindən məlumatlandırılmaq istəyib.

Hollandiyada hökumətə ən sərt reaksiyanı isə Türkiyə və İslam əleyhinǝ siyasətləri ilə tanınmış ana müxalifətdəki ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Wilders göstǝrib.

İctimai rǝyǝ görə hal-hazırda Hollandiyada ən güclü partiya olan Azadlıq Partiyasının lideri Ərdoğanın açıqlamasına reaksiyasını “Twitter" vasitǝsilǝ göstərib.

Ərdoğanın açıqlamasının yer aldığı xəbəri paylaşan Wilders deyib ki, ǝgər bu doğrudursa o zaman Rutte istefa etməlidir.



Әlaqәli Xәbәrlәr