Mövlud Çavuşoğlu Belçikalı hәmkarı ilә telefon әlaqәsi saxlayıb

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu Belçika Baş nazirinin müavini və XİN rәhbәri Didier Reynders ilə telefonla danışaraq Avropa İttifaqının mәrkәzindә terror təşkilatı çadırının qurulmasının qәbul edilmәz olduğunu bildirib.

454773

Diplomatik mənbələrdən əldə edilən məlumatlara görə, Çavuşoğlu görüşdə daha əvvəl dağıdılan çadırda PKK şüarlarının vә bayraqlarının təkrar nümayiş edildiyini vә bunun ifadә vә toplaşmaq azadlığı ilә heç bir әlaqәsinin olmadığını bildirib.

Mövlud Çavuşoğlu Belçikadan terror qruplaşmasının fәaliyyәtlәrinә icazә vermәmәsini gözlәdiklәrini söylәyib.

Terror təşkilatları arasında heç bir fərq olmadığını deyən Çavuşoğlu bu qruplaşmalarla mübarizədə ikili standarta yol verilməsinin doğru olmadığını vurğulayıb.

Digər tərəfdən Belçikanın Ankaradakı sәfiri Mark Trentsau da Xarici İşlər Nazirliyinə çağırılıb vә Brüsseldəki PKK çadırı barədə Türkiyənin etirazları çatdırılıb.

Әlaqәli Xәbәrlәr