Xain hücumun qurbanı 4 turist oldu
19 Martda İstanbulda hǝyata keçirilǝn xain terror hücumu nǝticǝsindǝ 4 turist həyatını itirib. Turistlǝrdǝn üçü İsrail, biri isǝ İranlıdır.
454300

Baş nazir Əhməd Davudoğlu hadisǝdǝn sonra İran və İsrailǝ başsağlığı verib.
Turist mǝrkǝzi olan Taksimdǝki İstiqlal Prospektində törǝdilǝn hücumda yaralanan 39 nəfərdən 9-nun müalicǝsi tamamlanaraq evlǝrinǝ göndǝrilǝrkǝn, xarici olduqları tǝsbit edilǝn 24 yaralının müalicǝsi isǝ davam edir. Onlardan 7-nin vǝziyyǝti ağırdır.
Komikadzenin şəxsiyyəti və təşkilat ilǝ ǝlaqǝsinin müǝyyǝnlǝşdirilmǝsinǝ dair istintaq davam edir.
Digǝr tǝrǝfdǝn İsrail Xarici İşlǝr Nazirliyindǝn ǝldǝ edilǝn mǝlumata görǝ, ABŞ-da olan Xarici İşlər Nazirliyinin baş katibi Dore Gold Türkiyəyə gǝlir.
Әlaqәli Xәbәrlәr

“Onun sözləri Türkiyə-ABŞ ittifaqının mahiyyətini əks etdirir”
Sosial media hesabından etdiyi paylaşmada F.Altun bildirib...