M.Ünal:"Turizm sahǝsindǝki hǝdǝfimizdǝn yayınmamışıq"

Mədəniyyət və Turizm naziri Mahir Ünal Türkiyəyǝ gǝlǝn turistlǝrin sayını 50 milyona çatdıracaqlarını, bunun mümkün olduğunu söyləyib.

447854
M.Ünal:"Turizm sahǝsindǝki hǝdǝfimizdǝn yayınmamışıq"

Mədəniyyət və Turizm naziri Mahir Ünal Türkiyəyǝ gǝlǝn turistlǝrin sayını 50 milyona çatdıracaqlarını, bunun mümkün olduğunu söyləyib.

Berlində keçirilǝn turizm sǝrgisindǝ Mədəniyyət və Turizm naziri Mahir Ünal Türkiyǝ sǝfirliyindǝ onun şǝrǝfinǝ tǝşkil edilǝn mǝrasimdǝ dǝ iştirak edib.

Turizm şirkǝtlǝrinǝ müraciǝt edǝn Ünal bu sahǝdǝ yaranan çǝtinliklǝrdǝ Türkiyənin rolu olmadığını, bununla belǝ mǝqsǝdlǝrinǝ çatmaq üçün bütün sǝylǝrini ǝsirgǝmǝyǝcǝklǝrini bildirib.

Nazir 2023-cü ilǝdǝk Türkiyǝyǝ gǝlǝcǝk turistlǝrin sayını 50 milyona çatdırmaq üçün bu sahǝdǝ işlərin davam etdirildiyini dǝ deyib.

Mahir Ünal bildirib ki, yaxın zamanda turizmdǝn 50 milyard dolları qazanmaq mümkün olacaq. Hal-hazırda yaşadığımız çǝtinliklǝr turizm sektoru ilə əlaqədar deyil. Bu, beynǝlxalq alǝmdǝ vǝ Türkiyənin ǝtrafında gedǝn proseslǝrdǝn asılıdır. Türkiyǝnin ölkǝ xaricindǝ tanıdılması üçün sǝylǝrimiz davam edir.



Әlaqәli Xәbәrlәr