Türkiyədə partlayış olub, ölən və yaralananlar var

Türkiyənin Diyarbəkir şəhərində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

442617
Türkiyədə partlayış olub, ölən və yaralananlar var

Şəhərin Yenişehir qəsəbəsində yerləşən evin birinci mərtəbəsində əldəqayırma partlayıcı qurğu partlayıb.

İnsidentin baş vermə səbəbləri hələ ki, bəlli deyil. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Partlayışın gücündən yaxınlıqdakı binaların şüşələri sınıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Ərazidə xüsusi əməliyyatın keçirildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr