Davudoğlu ilǝ Merkel arasında telefon danışığı olub

Baş Nazir Əhməd Davutoğlu ilə Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

441174
Davudoğlu ilǝ Merkel arasında telefon danışığı olub

Almaniya Kanslerinin istəyi üzərinə həyata keçirilən telefon danışığı zamanı miqrant axını ilə mübarizə və Suriyadakı son vəziyyət müzakirə olunub.

Söhbət zamanı Baş Nazir Davutoğlu Suriyada döyüşlərin dayandırılması üçün əldə olunan razılaşmanın hər şeydən əvvəl yerli xalqın təhlükəsizliyi üçün böyük əhəmiyyətə sahib olduğunu vurğulayaraq, “DEAŞ və PYD-YPG kimi terror təşkilatlarının bu vəziyyətdən istifadə etmələrinə imkan vermək olmaz" deyib.

Hər iki lider Türkiyə, Almaniya və Aİ-nın həyata keçirdiyi işlərdən razı qaldıqlarını bildirərək, Martın 7-də keçirilək Türkiyə-Aİ zirvə toplantısında miqrant problemi kimi aktual məsələlərlə yanaşı, Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvülük məsləsinin də müzakirə olunacağını qeyd ediblər.



Әlaqәli Xәbәrlәr