Balkanların ən böyük məscidi Namazgah

Albaniyanın paytaxtı Tiranda Türkiyə Diyanət qurumu tərəfindən tikdirilən Namazgah məscidinin inşası sürətlə davam edir.

441444
Balkanların ən böyük məscidi Namazgah

Məscidin avtoparkı, konfrans salonu və ofisləri tamamlanıb, digər mərtəbələrdəki işlər və qübbə isə iyun ayına qədər tamamlanacaq.

Qeyd edək ki, Namazgah məscidi təxminən 10 min kvadrat metrlik bir sahədə inşa edilir. Təxminən 5 min adamlıq məsciddə, eyni zamanda, Quran kursu, sərgi salonu, kitabxana, konfrans zalı, yeməkxana, iş otaqları və avtopark olacaq. Məscidin nəzdində muzey açılması da planlaşdırılır.

Xatırladaq ki, 2-3 ildə tamamlanması planlaşdırılan məscidin təməli Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə keçən il may ayında qoyulub.



Әlaqәli Xәbәrlәr