Milli təhlükəsizlik sahəsində "kvant kriptologiyası" tətbiq olunacaq

Milli təhlükəsizlik məsələlərində "kvant kriptologiya texnologiyası" dövrü başlayır

439837
Milli təhlükəsizlik sahəsində "kvant kriptologiyası" tətbiq olunacaq

Türkiyə Elmi -Texnoloji Tədqiqat Şurası - TÜBİTAK kvant kriptologiyası cihazlarını eksperimental ölçüdə istehsal etməyə başladı.

TÜBİTAK Sədri Professor Doktor Arif Ergin Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyanı məlumatlandıraraq milli təhlükəsizlik sahəsində çox yaxında "kvant kriptologiyası" texnikasının tətbiq olunacağını bildirdi.

Müşahidə zamanı fiber- optik şəbəkə vasitəsilə ötürülən fotonların (bir vahid işıq) xarakteristikalarını dəyişdiyini qeyd edən Ergin beləliklə, dövlətin strateji nöqtələri arasında qurulacaq kvant kriptoligoyalı ötürücü xətlərin sayəsində məlumatların oğurlana bilinməyəcəyini vurğuladı.

Məlumatlar üçüncü bir şəxs tərəfindən göründüyü anda özünü məhv edəcək. Dövlət adamları arasındakı telefon danışıqlarının dinlənməsi də mümkün olmayacaq.

Bu sistem istifadəçi səhvinə da imkan qoymur. Beləliklə, məlumatı ötürənlə qəbul edən arasında yaranan rabitə 100% təhlükəsiz hala gəlir.

Prof.Arif Ergin Türkiyənin dünyada öz kriptologiya bazasını (çip bazası da daxil olmaqla) başdan sonadək istehsal edən 6 ölkədən biri olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr