Ә.Davudoğlu ”Əl Cəzirə” telekanalına müsahibə verib

Ә.Davudoğlu: “Sǝrhǝdlǝrimizi qorumaq üçün heç kǝsdǝn icazǝ almaq mǝcburiyyǝtindǝ deyilik".

437841
Ә.Davudoğlu ”Əl Cəzirə” telekanalına müsahibə verib

Beynəlxalq yayım qurumu olan "Əl Cəzirə" kanalına müsahibə verən baş nazir Davutoğlu Ankaradakı terror aktları, Suriyada baş verən hadisələr və Türkiyə-Rusiya əlaqələrinin gərginləşməsi kimi gündəmdəki məsələlər haqqında danışıb.

Ankarada 17 fevral tarixində həyata keçirilən terror hücumunun təkcə Türkiyəni deyil, bütün dünyanı hədəfə aldığını deyən Baş nazir hadisəni törədənləri tapmaq üçün istintaqın davam etdiyini bildirib.

Davutoğlu bombalı hücumu həyata keçirən şəxsin əlaqədə olduğu adamlara diqqət yetirdikləri zaman bu hadisənin PKK terror təşkilatı ilǝ ǝlaqǝsinin olduğunu gördüklərini dǝ vurğulayıb.

“Bu hadisəni YPG və PKK terrorçuları həyata keçirib. YPG PKK-nın davamı olduğuna şübhəmiz yoxdur Bu hücumları həyata keçirənlər millətimiz qarşısında cavab verəcəklər." deyə Baş nazir sözlərinə davam edib.

Suriyadakı atəşkəsin bölgə üçün əhəmiyyət kəsb etdiyini bildirən Davutoğlu, reallıqda Suriyanın gələcəyi ilə bağlı narahat olduqlarını da ifadə edib. Baş nazir atəşkəs rejiminin Əsədə sadiq qüvvələr və Rusiya tərəfindən sui-istifadə ediləcəyini düşündüyünü də sözlərinə əlavə edib.

Rusiyanın Əsəd rejiminə qarşı çıxan bütün qrupları ölkədən çıxarmağı qarşısına məqsəd qoyduğunu deyən Baş nazir:" Həyatları təhlükə altında olan və canlarını qurtarmaq üçün bu ölkədən qaçan insanlara qapımız hər zaman açıqdır. Türkiyə suriyalı mülki vətəndaşlara hər zaman yardım edəcəkdir"- deyə bildirib.

Rusiya ilə 24 noyabr 2015-ci il tarixində qeydə alınan təyyarə problemi məsələsinə də toxunan Davutoğlu “Türkiyə sudan,qurudan və ya havadan gələ biləcək istənilən təxribata cavab verməyə hər zaman hazırdır" deyərək münasibət bildirib.

Baş Nazir Türkiyənin, sərhədlərini qorumaq üçün heç kimdən icazə almaq məcburiyyətində olmadığını xüsusi olaraq vurğulayaraq müsahibəni tamamlayıb.



Әlaqәli Xәbәrlәr