Rəsmi Ankara Avropadan konkret addımlar tələb edir

Türkiyənin terrorla mübarizə ilə bağlı Avropadan gözlədiyi məsələlər mart ayındakı zirvə toplantısında müzakirəyə qoyulacaq.

436079
Rəsmi Ankara Avropadan konkret addımlar tələb edir

Suriyadakı müharibə, immiqrant böhranı və Türkiyənin terrorla mübarizəyə dair gözlədiyi məsələlər avropalı liderlərin gündəmində prioritetini qoruyur.

Türkiyə Ankaradakı terror hücumundan sonra avropalı müttəfiqlərinə "başsağlığı diləkləri yetməz, terrorla mübarizədə sıx əməkdaşlıq şərtdir" mesajını göndərib.

Avropa İttifaqı Şurasının sədri Donald Task mövzuyla bağlı deyib: "Terrorla mübarizə ilə bağlı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə daim əlaqədəyik. Mart ayının əvvəlində Baş nazir Davudoğlunu ortaq zirvə toplantısına dəvət etmişik. Atılacaq addımlarla bağlı detalları bu toplantıdan sonra danışa bilərik".

Türkiyə terror təşkilatı PKK ilə mübarizə və onun Suriyadakı qolu YPG-yə Avropanın daha çox təsir etməsini istəyir. Ortaq Fəaliyyət Planının hazırlanacağı mart ayındakı zirvə toplantısında terrorla mübarizə və eyni zamanda, Suriyanın şimalında təhlükəsiz neytral bölgə yaradılması ilə bağlı Ankara konkret addımlar tələb edəcək.



Әlaqәli Xәbәrlәr