“Facebook Safety Check” sistemi işə salındı

" Facebook" sosial şəbəkəsi terror aktından sonra Ankaradakı istifadəçilərin təhlükəsiz vəziyyətdə olub-olmadıqlarını bildirmələri üçün “Facebook Safety Check" sistemini işə saldı.

435139
“Facebook Safety Check” sistemi işə salındı

"Facebook" istifadəçilərə avtomatik olaraq "Təhlükəsizlikdəsən?" ismarıcı göndərir.

İsmarıcda: "Yaxşısan? Görünüşə görə Türkiyənin paytaxtı Ankarada partlayış olan bölgədəsən. Dostlarına yaxşı olduğunu xəbər vermək üçün təhlükəsizlikdə olduğunu bildir. Bunu etsən, onlar bir bildiriş alacaqlar" deyilir.

İstifadəçilərdən təhlükəsizlikdə olub-olmadığını bildirmək üçün "təhlkəsizlikdəyəm", və ya "bölgədə deyiləm" variantını istifadə etmələri də tələb olunur.

"Facebook"da həmçinin, "Media mənbələri Türkiyənin paytaxtı Ankarada bomba yüklənmiş maşınla hərbi birliklərə hücum təşkil olunduğunu bildirir. Partlayış yerli vaxtla çərşənbə axşamı baş verib" məlumatını də verir.

"Facebook" istifadəçilərə dostlarının bölgədə, və ya təhlükəsizlikdə olduğu barədə məlumat əldə etmələrini təmin edərək, onlara "dostuna zəng et" seçimini də təqdim edir.

"Facebook" bu xidməti 2015-ci ilin 13 noyabrında Fransadakı terror hücumlarından sonra Parisdəki istifadəçilər üçün də açmışdı.



Әlaqәli Xәbәrlәr