İzmirdən Yunanıstana keçməyə çalışan suriyalılar yaxalandılar

Türkiyənin İzmir şəhərindən yunan adalarına keçməyə çalışan, aralarında qadın və uşaqların da olduğu 62 nəfər qaçqın yaxalandılar.

433619
İzmirdən Yunanıstana keçməyə çalışan suriyalılar yaxalandılar


İçində qaçqınlar olan yük maşını Buca qəsəbəsində İctimai asayişi qoruma şöbəsinin əməkdaşları tərəfindən saxlanıldı.

Üstü brezentlə örtülmüş yük maşınında aparılan axtarış nəticəsində aralarında qadın və uşaqların olduğu Suriya mənşəli 22 qaçqın yaxalandı.Sürücü və yanında olan iki nəfər nəzarətə alındı.

Konak qəsəbəsində isə polisin "dayan" xəbərdarlığına əhəmiyyət verməyən mikroavtobus qəza törətdi.

Sürücü hadisə yerindən kaçdı, aralarında qadın və uşaqların olduğu Suriya mənşəli təxminən 40 qaçqın yaxalandı.

Mikroavtobusda saxta qoruyucu gödəkcələr aşkar olundu. Sürücü axtarışdadır.



Әlaqәli Xәbәrlәr