"Terror əməliyyatlarında son mərhələyə gəlmişik”, N.Kurtulmuş

Türkiyənin Baş naziri Əhməd Davudoğlu terrordan zərər çəkən bölgələrin yenidən inşa ediləcəyini bildirib.

426314
"Terror əməliyyatlarında son mərhələyə gəlmişik”, N.Kurtulmuş

Davudoğlu Ankara Çankaya Köşkündə Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindən gələn qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb, bölgədə görülən işlər barədə danışılıb.

PKK terrorçularının təcili yardım maşınlarına saxta çağırışlar edərək onlara atəş açdıqlarını bildirən Baş nazir terrorçuların açdığı xəndək və barikadalar vasitəsilə səhiyyə, təhsil və nəqliyyat xidmətlərinə maneə törətməyə çalışdıqlarını söyləyib.

Davudoğlu terrorla mübarizəyə davam edəcəklərini və bu məsələdə qeyri-hökumət təşkilatlarının da dəstəyinin əhəmiyyətli olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr