Türkiyə ilə Avropa İttifaqı arasında iş qrupu yaradılacaq

Türkiyə ilə Avropa İttifaqı arasında immiqrant problemi mövzusunda bir iş qrupu yaradılacaq

413560
Türkiyə ilə Avropa İttifaqı arasında iş qrupu yaradılacaq



Avropa İttifaqı naziri Volkan Bozkır Türkiyə ilə Avropa İttifaqı arasında gələn ay immiqrant problemi mövzusunda bir iş qrupu yaradılacağını ifadə etdi.
Ankarada təmaslarda olan Avropa Komissiyasının Humanitar və Böhran rəhbərliyindən məsul üzvü Christos Stylianidesi qəbul edǝn Bozkır:
- "Türkiyənin atdığı mühüm addımları və bunun necə nəticə verdiyini qiymətləndirəcək bir qrup yaradacayıq . Fikirdaş Ölkələr Qrupu da fevral ayında təkrar toplanacaq" dedi.
Volkan Bozkır, suriyalı qaçqınların vəziyyəti və bu kəslər üçün Avropa İttifaqı ölkələrindən gələcək 3 milyard avroluq yardımın necə istifadə ediləcəyi ilə bağlı açıqlamalar verdi.
Yardımın Türkiyə büdcəsinə edilmiş bir qatqı olmadığını söyləyən Bozkır;
"Məqsəd, ölkələrini yuvalarını tərk edərək Türkiyədə misafirmiz olan insanların təhsil baxımından problemlərinin aradan qaldırılmasıdır" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr