Yalçın Akdoğan: ‘‘Qlobal qüvvələr Suriya xalqını qurban edir’’

Baş nazir müavini Yalçın Akdoğan qlobal qüvvələrin Suriya xalqını qurban etdiyini söyləyib.

407458
Yalçın Akdoğan: ‘‘Qlobal qüvvələr Suriya xalqını qurban edir’’

Akdoğan Hatay şəhərinin Yayladağ rayonunda yerləşən müəllim yataqxanasında Türkmenlərlə mətbuata qapalı keçirdiyi toplantıdan sonra verdiyi açıqlamada : ‘‘Suriya məsələsi yaxın zamanda düzəlməyəcək. Qlobal güvvələr orada dinc Suriya xalqını qurban edir’’ deyib.
Hatayda suriyalıların yaşadığı müvəqqəti mərkəzi ziyarət etdiyini bildirən Akdoğan: ‘‘türkmen qardaşlarımızla könül bağımız var. Onlara da eyni şəkildə sahib çıxırıq. Həm burada həm də orada. Nə etmək lazımdırsa Türkiyə olaraq onların yanındayıq. Türkmən qardaşlarımız Bayırbucakta və ətrafında həm zalım Əsəd rejimilə həm də terror təşkilatları ilə mübarizə apararaq ərazilərini qorumağa çalışır’’ deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr