ABŞ Türkiyənin DEAŞ-dan neft almaq iddialarını rədd edib

Rusiyanın, Türkiyənin DEAŞ-dan neft aldığına dair iddiaları ABŞ tərəfindən təkzib olunub.

398414
ABŞ Türkiyənin DEAŞ-dan neft almaq iddialarını rədd edib

Ağ ev rusların narahatlıqlarını ironiya ilə xarakteriz etdiyi bir vaxtda xarici işlər nazirliyi Rusiyanın iddialarını qəti şəkildə doğru olmadığını bildirib.
Bəşər Əsəd rejiminin DEAŞ neftinin ən böyük alıcısı olduğunu və bunu sübut edildiyini bildirən Ağ ev sözçüsü Cos Ernest bildirib ki, Rusiyanın bununla bağlı narahatlığı Əsəd rejimi ilə bağlıdır.
Ernest, Əsəd rejiminin ayaqda qalmasının tək yolunun Rusiya olduğunu deyib.
Sözcü Cos Ernest, Dövlət Başçısı Rəcəp Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obamanın Parisdə Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı müzakirələr apardığını deyib.
Ernest, sərhədin bir hissəsinin həm Türkiyənin beynəlxalq təhlükəsizlik mənfəətləri üçün, həm də xarici döyüşçülərin keçisinin qarşısının alınması üçün bağlanıldığını ifadə edib.
Bununla bağlı, xəbərləri izlədiklərini deyən ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner də,
“Biz qəti şəkildə Türkiyə hökümətinin neft qaçırmaq üçün DEAŞ-la əməkdaşlıq etdiyi ilə bağlı iddiaları rədd edirik” deyib.
Mark Toner, bununla bağlı heç bir sübut olmadığını söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr