Rusiyanın türkmənlərə qarşı hücumları lənətləndi

Rusiya hərbi qüvvələri və Əsəd qüvvələri tərəfindən edilən hücumlara İstanbul və Ankara başda olmaqla Türkiyənin hər tərəfində etiraz səsləri ucaldıldı.

421907
Rusiyanın türkmənlərə qarşı hücumları lənətləndi

Ankaradakı etiraz aksiyasının ünvanı Rusiyanın Ankara Səfirliyinin qarşısı oldu.

Etirazçılar: "Rus döyüş təyyarələri və əsgərlərinin Suriyada nə işi var? Rusiyanın DEAŞ-la mübarizə etmək kimi bir dərdi yoxdur, qatil Əsədi müdafiə məqsədi var" şəklində reaksiya göstərdilər.

Türkmənlərə xitabən: "Yanınızdayıq" deyildi.

İstanbuldakı Rusiya Konsulluğu önündə də oxşar etirazlar səsləndirildi.

Rusiyanın Bayırbucak türkmənlərinin yaşadığı kəndlərə fosfor və diyircək bombaları yağdırdığını vurğulayan etirazçılar Rusiyanı tötətdiyi qırğınlara görə qınadı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr