Obama: "Türkiyənin milli müdafiə hüququ ABŞ və NATO tərəfindən d

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama ilə dünən axşam saatlarında telefonla danışdı.

421899
Obama: "Türkiyənin milli müdafiə hüququ ABŞ və NATO tərəfindən d

Telefon görüşündə Türkiyəyə məxsus hava məkanını pozan Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması məsələsi müzakirə olundu.

Obama Türkiyənin milli müdafiə hüququnun ABŞ və NATO tərəfindən dəstəkləndiyini ifadə etdi.

İki lider oxşar hadisələrin təkrarlanmamasına təminat verəcək tədbirlər görməyin və gərginliyi azaltmağın vacibliyi məsələsində həmfikir olduqlarını bildirdilər.

Görüşdə Suriyada siyasi keçid prosesini təmin etmək üçün DEAŞ-a qarşı birgə mübarizənin davam etdirilməsi istiqamətindəki qətiyyət bir daha təsdiq edildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr