Ordunun ikinci generalı Selva Türkiyǝyǝ sǝfǝrǝ gǝlir
Amerika Birləşmiş Ştatlarının Baş Qərargah Rəisliyinin ikinci generalı Pol Selva görüşlǝr keçirmǝk mǝqsǝdilǝ Türkiyəyə gəlir.
Amerika Birləşmiş Ştatlarının Baş Qərargah Rəisliyinin ikinci generalı Pol Selva görüşlǝr keçirmǝk mǝqsǝdilǝ Türkiyəyə gəlir.
Ordu generalı Selvanın çərşənbə günü başlayacaq görüşlǝri çərçivəsində Baş Qərargah Rǝisliyinin ikinci komandanı general Yaşar Gülər ilə bir araya gəlməsi gözlənilir.
DEAŞ ilə mübarizə çərçivəsində izlənəcək strategiyalarla yanaşı, Türkiyənin sərhəd mǝntǝqǝsinin təhlükəsizliyi üçün görülǝcǝk tədbirlər də müzakirǝ olunacaq.
Avropa, Orta Şərq və bütün dünyada təhlükəsizliyin təmin olunmasına dair izlənəcək yol xəritəsi də görüşün gündǝmindǝ öz yerini tutacaq.
Ordu generalı Selva, Ankarada keçirǝcǝyi görüşlǝrdǝn sonra isə Adana şǝhǝrindǝ İncirlik bazasını ziyarət edəcək.
Xatırladaq ki, Selva ən son sentyabr ayında Amerika Türk Şurasının 34-cü illik toplantısında iştirak etmǝk üçün Türkiyəyə gǝlmişdi.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (15 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 169 ölüm faktı qeydə alınıb.