Mətbuat mənsubları Antalyada

Antalya Böyükşəhər Bələdiyyəsi Türkiyənin mədəniyyətini, qonaqpərvərliyini tanıtmaq məqsədilə “G-20 mədəniyyət evində” mətbuat işçiləri üçün qəbul təşkil edib.

416843
Mətbuat mənsubları Antalyada

Antalya Böyükşəhər Bələdiyyəsi Türkiyənin mədəniyyətini, qonaqpərvərliyini tanıtmaq məqsədilə “G-20 mədəniyyət evində” mətbuat işçiləri üçün qəbul təşkil edib.
Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təşkil olunan tədbirdə AK Partiyanın sədr müavini Mövlud Çavuşoğlu, Antalya valisi Muammer Türker, Bələdiyyə başçısı Menderes Türel, xarici və yerli mətbuat işçiləri iştirak edib.
Çavuşoğlu bütün işlərin yolunda getdiyini, artıq dünya liderlərinin gəlməyə başladıqlarını söyləyib.
Daha sonra bələdiyyə başçısı Menderes Türel “G-20 sammitində dünyanın gələcəyi üçün çox vacib sülh mesajlarını da əhatə edəcək bir çox qərarlar veriləcək” deyə bildirib.
Tədbir konsert proqramı ilə davam etdirilib


Etiketlәr:

Әlaqәli Xәbәrlәr