Rusiyanın turizm agentlikləri üzlərini Türkiyəyə çevirdilər

Oktyabrın 30-da Rusiyaya gedən sərnişin təyyarəsinin Misirdə qəzaya uğramasından sonra Misir istiqamətində təyyarə reyslərinin ləğv edilməsi ilə Rusiyanın turizm agentlikləri üzlərini Türkiyəyə çevirdi.

414563
Rusiyanın turizm agentlikləri üzlərini Türkiyəyə çevirdilər

Rusiya Səyahət Sektoru sözçüsü: "Yaxın gələcəkdə Misirə uçmalı olan təyyarələr Antalyaya istiqamətləndiriləcək" dedi.

Bu halda, noyabr-dekabr aylarında Antalyaya gələcək rusiyalı turist sayında 10% artım olması gözlənilir.

Bu iki ayda təxminən 20 min Rus turistin Antalyaya gəlməsi planlaşdırılır.

İlin ilk10 ayında Antalyaya 10 milyon 571 min əcnəbi gəlib. Şəhərə gələn Rus turistlərin sayı isə ötən illə müqayisədə 19.5 % azalaraq 2 milyon 789 minə düşüb. Bu da turizm sektorunda təxminən 5 milyard dollarlıq gəlir itkisinə səbəb olub.

Misirdəki sifarişlərini ləğv etdirən ruslar Avropa ölkələri bahalı olduğu üçün əvvəlcə Antalya və Şimali Kipri seçdilər.

Rusiyadan Misirə olan turistik tələbin 1-2 ilə qədər bərpa olunmayacağını vurğulayan turizimçilər Rus turistini Türkiyəyə cəlb etmək üçün daha cazib xidmətlər təklif etmək lazım olduğunu bildirirlər. Məsələ ilə bağlı açıqlama verən Aralıq Dənizi Turist Mehmanxanaçılar və Menecerlər Birliyinin (AKTOB) Başçısı Yusif Hacısüleyman: "Əgər noyabrın 30-da bitəcək yanacaq dəstəyini aprelin 1-nədək  uzatsaq, bu 5 aylıq dönəmdə 300 min əlavə rusiyalı turist qazanarıq. Bu isə 2016-cı il turizminə böyük töhfə verər" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr