Obama dövlət başçısı Ərdoğanı 1 noyabr seçkiləri ilə bağlı təbri

ABŞ prezidenti Barak Obama, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək 1 noyabr seçkiləri ilə bağlı təbrik edib.

414327
Obama dövlət başçısı Ərdoğanı 1 noyabr seçkiləri ilə bağlı təbri

ABŞ prezidenti Barak Obama, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək 1 noyabr seçkiləri ilə bağlı təbrik edib.
Dövlət rəhbərliyindəki mənbələrdən verilən məlumata görə, Obama 1 noyabr seçkilərinin nəticələrinə görə Türk xalqını təbrik edib.
Telefon söhbətində əsas mövzu Suriyada gedən proseslər olub. Eyni zamanda Suriyadakı mülayim müxalifəti gücləndirmək istiqamətində ortaq səylərin artırılmasının və DEAŞ-a hücumların artırılmasının əhəmiyyətinə toxunulub.
Ərdoğan və Obama PKK terror təşkilatının törətdiyi terror aktlarına son qoyulmasının vacibliyi də
Obama, baş nazir Əhməd Davudoğluya da zəng edərək seçkinin nəticələri ilə bağlı təbrik edib.
Hökumətdən verilən açıqlamaya görə Obama Davudoğlunu seçki prosesində göstərdiyi liderliyi və seçkilərin uğurla həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Söhbət zamanı başda Suriya olmaqla regional proseslər müzakirə edilib. DEAŞ-la mübarizə başda olmaqla bölgədəki problemlərin həlli məqsədi ilə mövcud əməkdaşlığın daha da artırılmasında qərarlı olduqlarını ifadə ediblər.
Açıqlamada Barak Obamanın Davudoğlu ilə Antaliyada keçiriləcək Böyük İyirmilərin Zirvə Toplantısı vasitəsi ilə bu məsələlərdə fiki mübadiləsi aparmağa ümid bəsləməsi ifadəsi də yer alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr