Selami Altınok 1 Noyabr parlament seçkilərindən danışdı

Türkiyənin Daxili işlər Naziri Selami Altınok 1 Noyabr seçkilərində ölkənin şərq və cənub-şərqdəki şəhərlərində ən az 500 min səsin 7 İyun seçkilərinə görə daha sərbəst verildiyini söylədi.

411756
Selami Altınok 1 Noyabr parlament seçkilərindən danışdı

Bunun seçki təhlükəsizliyi ilə bağlı çox ciddi tədbirlər alınması və hökumətin qətiyyətli mövqeyindən irəli gədiyini söyləyən Altınok:"Terror təşkilatının xofundan xilas olunca seçicinin iradəsi də özünü göstərir. Vətəndaş dövlətin yanında olduğunu görmək, demokratik hüququndan sərbəst şəkildə istifadə etmək istəyir, terror istəmir" dedi.

Altınok seçkilərin təhlükəsisz şəkildə başa çatdırılması üçün vətəndaşın ictimai əsayişin bərqərar olduğunu görmək istədiyini, hökumətin də, 23 İyuldakı Suruç təcavüzündən etibarən PKK, DEAŞ və DHKHP-C-dən irəli gələn terror riski ilə mübarizədə qətiyyətli olduğunu bildirdi.

Daxili işlər Naziri Altınok ictimai əsayiş təmin olunana qədər,  vətəndaş ən ucqar nöqtə belə  özünü azad və təhlükəsiz hiss etdiyini bəyan edənə qədər, silahlı terror qrupları və bunlara maddi-texniki dəstək verən yerli faktorlarla hüquqi çərçivədə mübarizənin davam edəcəyini də qeyd etdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr