Ədalət və İnkişaf Partiyasının qazandığı uğur Orta Şərqdə də qey

Həmas liderinin müavini İsmayıl Haniyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək Ədalət və İnkişaf Partiyasının səsvermədə qazandığı qələbəyə görə təbrik edib.

407510
Ədalət və İnkişaf Partiyasının qazandığı uğur Orta Şərqdə də qey

Türkiyədə keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasının qazandığı uğur Orta Şərqdə də qeyd olunub.
Həmas liderinin müavini İsmayıl Haniyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək Ədalət və İnkişaf Partiyasının səsvermədə qazandığı qələbəyə görə təbrik edib.
Ərdoğan Haniyəyə təşəkkür edərək Qüds məsələsi ilə bağlı mövcud mövqeyini bir daha dilə gətirib.
Dövlət başçısı Ərdoğan bu ay reallaşacaq böyük iyirmilərin zirvə toplantısında Qüdslǝ bağlı mǝsǝlǝni müzakirəyǝ çıxaracaqlarını deyib.
Haniyə Ədalət və İnkişaf Partiyasının qələbəsinin Fələstində, Qüdsdə və Qəzzada əksini tapdığını deyərək partiyanın bu uğurunun Türkiyənin birliyi, təhlükəsizliyi və demokratiyasının qələbəsi olduğunu vurğulayıb.
Həmas hərəkatı Ədalət və İnkişaf Partiyasının əldə etdiyi uğuruna görə türk xalqını və siyasi partiyaları təbrik edib.
Həmas üzvü İzzət Rışk tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, Əhməd Davudoğlu rəhbərliyindəki Ədalət və İnkişaf Partiyasının uğuru Fələstinin, Qüdsün və Qəzzanın uğurudur.
Rışk deyib ki, seçkidə Ədalət və İnkişaf Partiyasının qələbə qazanması böyük türk xalqının Fələstinə və dünyadaki bütün ədalət mübarizəsinə hədiyyəsidir.
Müsəlman Qardaşlar Təşkilatı da Türk xalqını və Ədalət və İnkişaf Partiyasını təbrik edib.
Yazılı açıqlamada təşkilat demokratiya yolunda uğur qazanan türk xalqını və Ədalət və İnkişaf Partiyasını təbrik edib.
Bildirilib ki, bu seçkilər Misir, Suriya və xalqların iradəsi ilə demokratik seçkilərin nəticələrinə qarşı çıxan regional və beynəlxalq qüvvələrlə İsrailə verilən ən gözəl cavabdır.
Fələstin İslam Hərəkatının lideri Raid Salah da Ədalət və İnkişaf Partiyasının seçkilərdə qələbə qazanmasını tarixi uğur adlandırıb.
Salah açıqlamasında türk xalqının seçkinin nəticələri ilə Türkiyənin güclü qalmasını dəstəklədiyini və başda Әl-Әqsa olmaqla regional problemlərin hǝllinǝ dǝstǝk ola bilǝcǝyinǝ toxunub.
İslami Cihat Hərəkatının yüksək səviyyəli rəsmilərindən olan Muhammed Əl-Hindi isə keçirdiyi mətbuat konfransında parlament seçkilərini müstəqil və şəffaf keçirən türk xalqına təbriklərini çatdırıb.
Açıqlamada Türkiyədə sabitliyin təmin olunması və regiondakı ziddiyyətlərdən müdafiǝ edəcək yeni bir hökumətin qurulmasına yer verilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr